Dünya

Özünü maneken kimi göstərərək "mall"ı soydu - FOTO

19 Oktyabr 2023 07:32
Baxış: 1 433
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Varşavada şəhərin ən böyük ticarət mərkəzlərindən birində özünü maneken kimi göstərən və mağazalar bağlandıqdan sonra bir neçə mağazadan oğurluq edən şəxs saxlanılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, müşahidə kameralarında naməlum kişinin dəhlizlərdə və mağazalarda dolaşdığını görən mühafizəçilər polisə müraciət ediblər. O, mağazalar bağlanmazdan əvvəl vitrinlərin birinin yaxınlığında dayanıb və özünü maneken kimi göstərib. Onun əlində çanta olub.

Ziyarətçilər və satıcılar ticarət mərkəzini tərk etdikdən sonra oğru lombarda gedib və vitrindəki bütün qızıl-zinət əşyalarını götürüb. Daha sonra o, bağlı olan bardan yemək və içki götürərək, univermağın içində dolaşmağa davam edib. Kişi geyim mağazasının pancurlarından keçərək təzə paltar geyinib. Lakin həmin an oğrunu təhlükəsizlik əməkdaşları görüblər.

Bara gedərkən 22 yaşlı gənc mühafizəçilər tərəfindən saxlanılaraq polisə təhvil verilib. Oğrunun üzərində zinət əşyalarından əlavə, külli miqdarda pul da tapılıb (ehtimal olunur ki, o, mağazaların birinin kassasını boşaldıb). Onu 10 ilə qədər həbs cəzası gözləyə bilər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.