Dünya

HƏMAS azərbaycanlıları da girov götürüb?

17 Oktyabr 2023 10:41
Baxış: 769
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

HƏMAS-ın girov götürdüyü şəxslər arasında azərbaycanlıların olub-olmadığı məlum deyil.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə məlumat verib.

Sözçü həmçinin bildirib ki, Azərbaycan vətəndaşlarının İsraildən təxliyəsi nəzərdə tutulmayıb:

"Ölkədən çıxmaq istəyənlər müntəzəm reyslərdən istifadə edə bilərlər".

Qeyd edək ki, HƏMAS qruplaşmasının oktyabrın 7-dən etibarən həyata keçirdiyi hücumlar nəticəsində İsraildə ölənlərin sayı 1 400-ə çatıb, 3 000-dən çox adam yaralanıb. Ərazidə 1 300-dən çox bina dağılıb. Ölənlərdən 8 nəfəri azərbaycanəsillidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.