Dünya

Ermənistada keçmiş vəzifəli şəxs həbs edildi

17 Oktyabr 2023 10:08
Baxış: 640
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistan Müdafiə Nazirliyi İnformasiya İdarəsinin keçmiş rəisi Gevorq Altunyan həbs edilib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Hraparak" qəzeti məlumat yayıb.

Bildirilib ki, məhkəmə onun əvvəlcə ev dustaqlığına dair qərar qəbul etmişdi. Prokurorluq bu qərara etiraz edib. Apellyasiyadan sonra məhkəmənin qərarı dəyişib.

Məlumata görə, Altunyanla yanaşı, daha 4 nəfər, o cümlədən "Dasaran.am" saytının sahibi Suren Aloyan Müdafiə Nazirliyinin satınalmaları nəticəsində sənədlərə saxta məlumatlar daxil etməklə dövlətdən 106 milyon 300 min dram (270 min dollara yaxın) oğurlamaqda ittiham olunurlar. Müttəhimlər onlara qarşı irəli sürülən ittihamları qəbul etmirlər.

Gevorq Altunyan 2016-cı ildə Müdafiə Nazirliyinin İnformasiya İdarəsinə rəis təyin olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory