Dünya

Avstriyada “Leopard 2” tankı aşıb, ölən və yaralananlar var - FOTO

17 Oktyabr 2023 07:54
Baxış: 790
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avstriya ordusunun Allenştayqe poliqonu yaxınlığında "Leopard 2" tankı aşıb. Tankın uçurumdan aşması nəticəsində bir ekipaj üzvü həlak olub, daha üç nəfər yaralanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, Silahlı Qüvvələrin sözçüsü Maykl Bauerin sözlərinə görə, tankda 4 nəfər olub. Qəza nəticəsində Rid-im İnnkrays dairəsindən olan 24 yaşlı çavuş ölüb. Digər üç əsgər, 23 yaşlı çavuş və 19 və 20 yaşlı hərbi qulluqçu yüngül yaralanıb və təcili yardım maşını ilə Horn xəstəxanasına aparılıb.

Avstriya ordusunun məlumatına görə, bir neçə təcili yardım maşını və ən azı bir helikopterin cəlb olunduğu xilasetmə əməliyyatı dərhal başlayıb. Qəzanın necə baş verdiyi hələ məlum deyil. İlkin məlumatlara görə, tank poliqondan kənarda olub.

2023-cü ilin oktyabr ayına olan məlumata görə, Avstriyada 2 müxtəlif modifikasiyalı 58 ədəd "Leopard" tankı xidmətdədir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.