Dünya

Bayden: "HƏMAS tamamilə məhv edilməlidir, çünki..."

16 Oktyabr 2023 08:09
Baxış: 969
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Fələstin Administrasiyası deyil, HƏMAS radikal hərəkatı tamamilə məhv edilməlidir. HƏMAS-ın ifrat ünsürləri bütün Fələstin xalqını təmsil etmir".

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden CBS telekanalına verdiyi müsahibədə deyib.

Amerika lideri qeyd edib ki, Fələstinin iqtidarı qorunmalıdır, dövlətin mövcudluğu üçün "iki dövlətli həll" adlandırılan bir yol lazımdır.

O əlavə edib ki, bu, Birləşmiş Ştatların onilliklər ərzində tutduğu yanaşmadır.

"Bu, Qəzza zolağında və İordan çayının qərb sahilində yaşayan beş milyon fələstinli üçün İsrailin yanında müstəqil dövlət yaradacaq", - Bayden deyib.

Bundan əvvəl Pentaqon rəhbəri Lloyd Austin Yaxın Şərqdə sabit sülh istəyən hər kəsi Fələstinin radikal HƏMAS hərəkatını pisləməyə və təcrid etməyə çağırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.