Dünya

İsrail məktəbləri distant təhsilə keçdi

15 Oktyabr 2023 12:41
Baxış: 489
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrail Təhsil Nazirliyinin müvafiq göstərişi ilə ölkədəki bütün təhsil müəssisələri distant təhsilə keçib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti məlumat yayıb.

Məktəblər əvvəllər COVID-19 pandemiyası zamanı istifadə edilən distant formatda fəaliyyət göstərəcək.

Eyni zamanda, bəzi təhsil müəssisələri dərsləri fərdi, lakin Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, həmçinin təhlükəsizlik vəziyyəti nəzərə alınmaqla keçirmək hüququnu özündə saxlayır.

Qeyd olunub ki, distant təhsil formasının nə qədər davam edəcəyi hələlik məlum deyil.

Nəşr həmçinin vurğulayıb ki, İsrailin təhsil sistemi çətinliklərlə üzləşib: Qəzza zolağına bitişik ərazilərdən evakuasiya edilən bir çox ailənin kompüterləri yoxdur və buna görə də hələ ki, distant təhsil rejiminə qoşula bilmirlər.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.