Dünya

Ərdoğan İsveçlə bağlı prosesə razılıq verdi - Stoltenberq

14 Oktyabr 2023 16:56
Baxış: 733
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya üzv olması ilə bağlı sənədin ratifikasiya olunması üçün parlamentə göndərilməsinə razılıq verib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.

Stoltenberq sənədlə bağlı detalları açıqlamayıb.

Qeyd edək ki, İsveç və Finlandiya 2022-ci il mayın 18-də NATO-ya üzv olmaq üçün ərizə ilə müraciət etmişdi. Türkiyə bu ölkələrin Alyansa üzvlüyü üçün terrorçuları dəstəkləməmələri ilə bağlı şərt irəli sürmüşdü. Finlandiya Ankaranın bu tələblərini yerinə yetirib. Nəticədə Finlandiya bu ilin aprelində NATO-ya üzv olub. Lakin İsveç Türkiyənin şərtlərinə əməl etmədiyinə görə Ankara Stokholmun quruma qoşulması ilə bağlı sənədi ratifikasiya etməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.