Dünya

İsrail BMT-dən bunu tələb etdi

13 Oktyabr 2023 08:20
Baxış: 1 058
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İsrail BMT-ni məlumatlandırıb ki, 1,1 milyon fələstinli 24 saat ərzində Qəzza zolağının cənubuna təxliyə edilməlidir.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə təşkilatının baş katibinin nümayəndəsi Stefan Düjarrik məlumat verib.

"BMT hesab edir ki, belə bir yerdəyişmə dağıdıcı humanitar nəticələr olmadan baş verə bilməz", - bəyanatda vurğulanır.

Düjarrik qeyd edib ki, bu tələb "bütün BMT əməkdaşlarına, eləcə də BMT təsisatlarına, o cümlədən məktəblərə, sağlamlıq mərkəzlərinə və klinikalara sığınmış şəxslərə" aiddir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.