Dünya

Vyanada Fələstinə dəstək aksiyası keçirildi

12 Oktyabr 2023 08:04
Baxış: 551
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avstriyanın paytaxtı Vyananın Ştefansplats meydanında Fələstinə dəstək nümayişi keçirilib.

Milli.Az axar.az-a istinadən bildirir ki, Vyana polisinin qadağasına baxmayaraq, nümayişdə 500-ə yaxın insan iştirak edib. Onlar İsrail əleyhinə şüarlar səsləndiriblər.

Polis onlara yaxınlıqdakı metrostansiyaya yürüş etməyə icazə verməyib və meydanı tərk etmələri barədə bir neçə dildə xəbərdarlıq edib.

Xəbərdarlıqlardan sonra Avstriya Daxili İşlər Nazirliyinin "Veqa" xüsusi təyinatlıları nümayişçiləri mühasirəyə alıb.

Bildirilib ki, polis nümayişi təşkil edən iki nəfəri saxlayıb, daha sonra azadlığa buraxıb. Bundan əlavə, meydanı tərk etmək istəməyən bir neçə şəxsin də saxlanıldığı deyilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.