Dünya

İsrail beş cəbhədə müharibə ilə üz-üzədir - FOTO

11 Oktyabr 2023 20:22
Baxış: 1 868
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsrail beş cəbhədə müharibə ilə üz-üzədir - HƏMAS, Livan, Suriya, İran və İordan çayının qərb sahilindəki Fələstin yaraqlıları.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu, Bəhreyndəki Le Beck Yaxın Şərq Mərkəzinin ekspertlərinin rəyidir.

Onlar bildirirlər ki, daha geniş eskalasiya üçün çox sayda başlanğıc nöqtələri təmin edən uzun bir münaqişə ilə üzləşilib. İran və müttəfiqləri Fələstin məsələsini öz ideologiyalarının sütununa çeviriblər və buna görə də kənarda dayana bilməzlər. Livandan hücumlar olduğu bildirilirdi.

Suriyadan, hətta İraq və Yəməndən hücumlar istisna edilməməlidir. Ekspertlər qeyd edirlər ki, İran artıq bir neçə cəbhədə müharibəyə başlaya biləcəyini nümayiş etdirib. Lakin İsrail Tehranı birbaşa ittiham etməkdən çəkindiyinə görə, bir neçə cəbhədə müharibə kiçik ehtimaldır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.