Dünya

Ruslar əks-hücuma keçdi, bu ərazilərdə irəlilədilər

11 Oktyabr 2023 11:18
Baxış: 1 139
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ruslar Ukrayna hərbçilərini Rabotinodan çıxarmaq üçün Avdeyevka yaxınlığında və Zaporojye vilayətinin qərbində hücumlarını gücləndiriblər.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

"Rus qoşunları Avdeyevkanın şimal-qərbində Oçeretino, Tonenkoye, Berdiçev və Avdeyevkanın cənub-qərbində Vodyanoye-Opıtnoye xəttində hücum əməliyyatlarını gücləndirib. Onlar həmçinin Orexovun cənub-qərbinə, Pyatixatki-Jerebyanki xəttinə hücum ediblər. Rus hərbi blogerlərinin iddialarına əsasən, Rusiya ordusu bölgədə iki kilometr irəliləyib.

Ukrayna Baş Qərargahı isə üç rus batalyonun hücum etdiklərini təsdiqləyib. Eyni zamanda, qeyd olunub ki, Rusiyanın Avdeyevka-Donetsk xətti boyunca hücumları ukraynalıların Zaporojye bölgəsinə qoşun yeritməsinin qarşısını almaq məqsədi daşıyır", - məlumatda deyilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.