Dünya

HƏMAS-ın kriptovalyuta hesabları bloklandı

10 Oktyabr 2023 15:51
Baxış: 789
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

HƏMAS-ın istifadəsində olan kriptovalyuta hesabları dondurulub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə İsrail polisi "X" (tvitter) sosial şəbəkəsində məlumat yayıb.

Məlumata görə, kriptovalyutadan HƏMAS-ın fəaliyyətini maliyyələşdirmək üçün vəsait yığımı məqsədilə istifadə olunub.

"İsrail polisinin kibertəhlükəsizlik şöbəsi Müdafiə Nazirliyi, Təhlükəsizlik Agentliyi və digər dövlət xüsusi xidmət orqanlarının tərəfdaşlığı ilə HƏMAS-ın öz fəaliyyəti üçün vəsait yığımı məqsədilə istifadə etdiyi kriptovalyuta hesablarını dondurub", - məlumatda deyilir.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə 700-dən çox adam ölüb, 2 315 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.