Dünya

ABŞ sürətlə müharibəyə hazırlaşır - Peyk görüntüləri yayıldı - FOTO

2 Fevral 2026 11:22
Baxış: 675
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ və İran arasında artan gərginlik fonunda yayımlanan yeni peyk görüntüləri Vaşinqtonun Yaxın Şərqdəki hərbi mövcudluğunu sürətlə gücləndirdiyini göstərir.

Milli.Az xəbər verir ki, analitiklər bildirirlər ki, ABŞ-ın İrana qarşı məhdud və hədəflənmiş hərbi zərbə ehtimalı artmaqdadır, lakin bu ssenarinin siyasi və hərbi riskləri olduqca yüksəkdir.

Yanvarın 28-də ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında Abraham Lincoln təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyi aviadaşıyan qrupun İran istiqamətində hərəkət etdiyini açıqlayıb. Tramp xəbərdarlıq edərək bildirib ki, ABŞ-ın İrana qarşı mümkün hərbi əməliyyatı ötən yay İranın nüvə obyektlərinə endirilən zərbələrdən "daha ağır" olacaq.

Buna cavab olaraq İranın Ali Liderinin nümayəndəsi və baş siyasi müşaviri Əli Şamxani sosial şəbəkədə yazıb ki, ABŞ-ın istənilən səviyyədə hərbi addımı müharibənin başlanğıcı kimi qiymətləndiriləcək və cavab "dərhal, hərtərəfli və misli görünməmiş" olacaq.

Dieqo Qarsiya bazası, 17 yanvarda peyk görüntüləri ilə çəkilib

Dieqo Qarsiya bazası, 26 yanvarda peyk görüntüləri ilə çəkilib

"Global Times" nəşrinin Çin peyk müşahidə və geokosmik təhlil şirkəti "MizarVision"dan əldə etdiyi eksklüziv peyk görüntülərinə görə, ABŞ son həftələrdə İranı əhatə edən regiondakı hərbi bazalarda həm hücum, həm də müdafiə xarakterli yerləşdirmələri əhəmiyyətli dərəcədə artırıb.

Yanvarın 16-da Qətərdə yerləşən və Yaxın Şərqdə ABŞ-ın ən böyük bazası sayılan Əl-Udeid Hava Bazasında cəmi bir neçə KC-135 hava yanacaqdoldurma və C-17 nəqliyyat təyyarəsi müşahidə olunurdusa, yanvarın 25-nə olan yeni görüntülərdə bu sayın 14 KC-135 təyyarəsinədək artdığı görünür.

Eyni zamanda, bazanın ətrafında Patriot hava və raketdən müdafiə sistemlərinin - raket buraxıcılarının, AN/MPQ-65 radarlarının və əlaqəli qurğuların - yerləşdirildiyi müəyyən edilib.

Ayın əvvəlində Bəhreyndəki ABŞ Dəniz Dəstək Bazasında cəmi üç sahil döyüş gəmisi və iki "Arleigh Burke" sinifli esmines mövcud idisə, hazırda regionda ABŞ donanmasının fəallığının artacağı gözlənilir. Qeyd olunur ki, Abraham Lincoln təyyarədaşıyan gəmisi artıq Cənubi Çin dənizindən Yaxın Şərq istiqamətində hərəkət edir.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.