Dünya

Reanimasiyada həkim qadına təcavüz etdi

10 Oktyabr 2023 16:16
Baxış: 2 366
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Permdə klinik xəstəxanada olan bir xəstə dərman qəbul etdikdən sonra həkimlərin ona təcavüz etdiyini idda edib.

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə qadına lazımi tibbi prosedurlar aparıldıqdan və palatada qaldıqdan sonra baş verib.

Zərərçəkənin dediyinə görə, həmin axşam onun yanına tibbi geyimli iki kişi gəlib. Söhbətdə onlar qadınla cinsi əlaqədə olmaq istədiklərini bildiriblər.

Bu söhbətdən az sonra tibb bacısı xəstənin sistemini dəyişərək qadına məlum olmayan dərmanı yeridib. Bir neçə dəqiqədən sonra yuxuya gedən zərərçəkmiş səhərə qədər yatıb. O, oyandıqdan sonra qollarında qançırlar görüb, kateter isə qopub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.