Dünya

İsrail ötən gecə HƏMAS-ın 500-dən çox hədəfini vurub - VİDEO

9 Oktyabr 2023 09:53
Baxış: 1 183
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İsrail ötən gecə Qəzza zolağında HƏMAS-ın 500-dən çox hədəfini vurub.

Milli.Az report-a istinadən bildirir ki, bu barədə İsrailin hərbi mənbələri bildiriblər.

Qeyd olunub ki, hədəflər döyüş təyyarələri, helikopterlər və artilleriyalarla vurulub.

Məlumata görə, həmçinin HƏMAS rəhbərliyinin yerləşdiyi binalara da zərbələr endirilib.

Bildirilib ki, İsrail ordusu Qəzza zolağına zərbələr endirməyə və terror təşkilatlarının imkanlarını zəiflətməyə davam edəcək.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında Qəzza zolağından İsrailə raket hücumları başlayıb və eyni zamanda silahlı qruplar yəhudi dövlətinin ərazisinə daxil olub. Ordu "müharibə hazırlığı vəziyyəti" elan edib və tezliklə cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.