Belarusda yerləşən "Moqilyov" ət emalı müəssisəsində diametrinə görə dünyanın ən böyük ət kotleti hazırlanacaq.
Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Belarus Rekordlar Kitabının Ekspert Şurasından məlumat verilib.
Kotletin diametrinin iki metr olacağı və bununla da dünya rekorduna imza atılacağı bildirilir.
Rekordun oktyabrın 7-də Moqilyov vilayətinin Xotimsk şəhərində keçiriləcək "Dojinki" kənd zəhmətkeşlərinin regional festivalı çərçivəsində qeydə alınması planlaşdırılır.
Sonda nəhəng kotlet qocalar və əlillərin qaldığı pansionata veriləcək.
Milli.Az