Dünya

Erməni politoloq Rusiya ilə münasibətlərin pisləşməsinin nəticələrini açıqladı

5 Oktyabr 2023 08:23
Baxış: 1 005
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Düşmənlərimiz bizdən fərqli olaraq Rusiya ilə münasibətləri korlamırlar.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, bunu yerli politoloq Artur Xaçikyan deyib.

Onun sözlərinə görə, Haaqa Məhkəməsinin qərarı Azərbaycanın cəzalandırılması üçün heç nə vermədiyi kimi, Roma Statutunun qəbulu da bu mənada təsirsiz qalacaq.

"Amma bu, Ermənistan üçün qazın və digər malların qiymətinin artmasına, ixrac bazarının itirilməsinə gətirib çıxara bilər. Ermənistan hakimiyyəti AES-i bağlasa, 1990-cı illərə qayıdacaq. Bundan başqa, Ermənistana münasibətdə viza rejimi tətbiq oluna, əmək miqrantları Ermənistana deportasiya oluna, köçürmələr məhdudlaşdırıla bilər", - deyə Xaçikyan əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.