Dünya

İtaliyada dəhşətli qəza: matəm elan olundu

4 Oktyabr 2023 07:15
Baxış: 1 052
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyanın Venesiya şəhərinin Mestre qəsəbəsində turistləri daşıyan avtobusun yerüstü keçiddən aşması nəticəsində azı 21 nəfər ölüb.

Milli.Az axar.az-a istinadən bildirir ki, "La Linea" şirkətinə məxsus avtobus dəmir yolu xətti üzərindəki yerüstü keçiddə hərəkətdə olarkən təxminən 10 metr hündürlükdən aşağı düşüb və yanğın baş verib. Hadisə nəticəsində ikisi uşaq olmaqla, azı 21 nəfər ölüb, 12 nəfər yaralanıb, bir neçə nəfər itkin düşüb. Yaralılar təcili xəstəxanaya çatdırılıb. Təhlükəsizlik qüvvələri qəzanın başvermə səbəblərini araşdırır.

İtaliyanın Baş naziri Ciorcia Meloni hadisəyə görə narahatlığını ifadə edib, həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.

İtaliya Prezidenti Sercio Mattarella isə Venesiya meri Luici Bruqnaro ilə telefon danışığı zamanı hadisənin təfərrüatı barədə məlumat alıb.

Ağır yol qəzasına görə Venesiyada matəm elan edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.