Dünya

Vaşinqton İrəvanın Qarabağla bağlı iddialarını təsdiqləmədi: sübut istədi...

3 Oktyabr 2023 08:10
Baxış: 1 077
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-nin Dövlət Departamenti Ermənistanın guya Qarabağda "etnik təmizləmə"nin olmasına dair iddialarını təsdiqləməyib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə bildirib.

Onun sözlərinə görə, ABŞ "etnik təmizləmə və soyqırımı kimi iddialara çox ciddi yanaşır":

"Lakin, həmişə olduğu kimi, soyqırımı və etnik təmizləmə məsələlərində nəticə çıxarmaq sübutlara söykənən dolğun proses tələb edir. Hazırda bununla bağlı hər hansı nəticəyə vara bilməyəcəyəm".

Miller həmçinin diqqətə çatdırıb ki, Vaşinqton BMT missiyasının regiona səfər etməsini təqdirəlayiq hesab edir. Eyni zamanda, sözçü xarici siyasət idarəsinin Bakı və İrəvanı sülh danışıqlarına qayıtmağa təşviq etdiyini vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.