Dünya

Pakistanda məscid yaxınlığında terror - Xeyli ölü var

29 Sentyabr 2023 12:57
Baxış: 602
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Pakistanda partlayış olub, ölənlər və yaralananlar var.

Milli.Az APA-ya istinadən bildirir ki, Pakistanın Bəlucistan əyalətinin Mastunq şəhərindəki məscidlərdən birinin yaxınlığında baş verən partlayış nəticəsində azı 52 nəfər ölüb, 50-dən çox insan yaralanıb.

Nəşrin məlumatına görə, partlayış kamikadze tərəfindən törədilib.

Qeyd olunub ki, hadisə insanların kütləvi yürüşü zamanı baş verib. Partlayış nəticəsində xəsarət alanlar tibb müəssisələrinə çatdırılıb, onlardan bəzilərinin vəziyyəti ağırdır.

Hazırda araşdırma aparılır, hadisənin təfərrüatları dəqiqləşdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.