ABŞ Prezidenti Co Bayden yıxılmasını azaltmaq üçün tennis ayaqqabısı geyinməyə başlayıb.
Milli.Az oxu.az-a istinadən bildirir ki, prezident administrasiyasında seçkinin yaxınlaşması fonunda liderin sürüşüb yıxılacağından qorxurlar və buna qarşı tədbirlər görürlər. İyul ayında yıxılandan bəri ona təyyarəyə də qısa nərdivan verilir.
Qeyd edək ki, Bayden 2021-ci ilin noyabrından bəri yıxılma ilə mübarizə aparır. Elə o zamandan da fizioterapevt onunla məşğul olur.
Milli.Az