Dünya

Tramp dələduzluqda təqsirli bilinir

27 Sentyabr 2023 07:53
Baxış: 599
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-da hakim Artur Enqoron keçmiş prezident Donald Trampı dələduzluqda təqsirli bilib.

Milli.Az report-a istinadən xəbər verir ki, məhkəmə keçmiş prezidentin sərvətini maliyyə hesabatlarında ildə milyardlarla dollar şişirtməyə görə məsuliyyət daşıdığına dair qərar verib.

Nyu-York ştatının baş prokuroru Letisia Ceyms bildirib ki, son 10 ildə Donald Tramp hər il sərvətini 1,9 milyard dollardan 3,6 milyard dollara qədər şişirdib.

Prokuror Tramp üçün 250 milyon dollar cərimə, həmçinin ona və oğullarına ailə biznesi olan "Trump Organization"u idarə etməsinə qadağa qoyulmasını istəyir.

Donald Trampın müdafiə komandası fırıldaqçılıq iddialarını rədd edərək, prokurorun iddiasının siyasi motivli olduğunu bildiriblər.

Prokuror da öz növbəsində israr edib ki, Tramp və onun tərəfdaşları kreditlər və sığorta üzrə daha sərfəli şərtlər əldə etmək üçün maliyyə hesabatlarını saxtalaşdırıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.