Dünya

Fransa səfiri Rusiya XİN-ə çağırıldı

18 Sentyabr 2023 18:55
Baxış: 575

Fransanın Rusiyadakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Rusiya XİN mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, G20 Sammiti çərçivəsində Fransa Prezidenti Emmanuel Makronun mətbuat konfransında rusiyalı jurnalistlərin iştirakına icazə verilmədiyi üçün səfir nazirliyə çağırılıb.

Rusiya XİN-in bəyanatında həmçinin deyilir ki, Parisin Rusiyadan olan jurnalistlərə qarşı ayrı-seçkiliyə görə üzr istəməkdən imtina etməsi Fransanın Rusiya mediasına münasibətdə ayrı-seçkilik siyasətinə sadiqliyini nümayiş etdirir.

Qeyd edək ki, sentyabrın 9 -da Hindistanın paytaxtı Nyu-Dehlidə "Böyük İyirmiliy"in (G20) "Bir dünya, bir ailə, bir gələcək" adlı sammiti keçirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics