Dünya

Nikoldan Ərdoğanın təklifinə reaksiya

17 Sentyabr 2023 20:34
Baxış: 1 645

Müxtəlif təkliflər və ideyalar var, mən heç birini açıqlamaq istəmirəm.

Milli.Az axar.az-a istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dördtərəfli görüş təklifinin İrəvana edilib-edilməməsi ilə bağlı sualını cavablandırarkən deyib.

"Problem ondadır ki, bu, münasibət bildirəcəyim yeganə ideya deyil. Biz bütün məsələyə baxmalıyıq", - Paşinyan bildirib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan, Ermənistan, Rusiya və Türkiyə liderlərinin iştirakı ilə dördtərəfli görüşün keçirilməsini təklif edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics