Dünya

"İranın şişirdilmiş eqosunu qidalandıran ilk amil budur"

11 Sentyabr 2023 08:02
Baxış: 1 015
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Müasir Rusiya silahlarının İrana tədarükü İsrailin təhlükəsizliyinə təhlükə yarada bilər".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu İsrailin Kəşfiyyat və Xüsusi Məsələlər İdarəsinin ("Mossad") rəhbəri David Barnea Reyxman Universitetində keçirilən təhlükəsizlik konfransında çıxışı zamanı deyib.

Barnea qeyd edib ki, 2023-cü ilin oktyabrından BMT-nin Tehrana tətbiq etdiyi silah embarqosunun müddəti başa çatdığı üçün İranın beynəlxalq silah bazarına çıxışı asanlaşdırılacaq. Onun sözlərinə görə, hazırda embarqoya görə İran silah almaq üçün üçüncü şəxslərin xidmətindən istifadə edir.

"İranın şişirdilmiş eqosunu qidalandıran ilk amil PUA satışı ilə Rusiyaya göstərdiyi yardımdır. Biz narahatıq ki, Rusiya İranın İsraili riskə atacaq silah və xammal tələblərinə əməl edəcəklər. Təkcə 2023-cü ildə "Mossad" İranın hazırladığı 27 terror aktının qarşısını alıb".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.