Dünya

Ərdoğan bu gün Putinlə görüşəcək

4 Sentyabr 2023 07:15
Baxış: 943
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Soçidə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşəcək.

Milli.Az TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi bildirib.

Məlumatda qeyd olunub ki, Ərdoğan Putinin dəvəti ilə Soçiyə bir günlük işgüzar səfər edəcək.

"Türkiyə prezidentinin rusiyalı həmkarı ilə görüşü zamanı hər iki ölkə arasında ikitərəfli münasibətlər bütün aspektləri ilə nəzərdən keçiriləcək, aktual qlobal və regional problemlər ətrafında fikir mübadiləsi aparılacaq" - deyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.