İsveçin Malmö şəhərində "Qurani-Kərim"in yandırılması ilə bağlı aksiya keçirilib.
Milli.Az report-a istinadən xəbər verir ki, aksiya təşkilatçısı yenə iraqlı immiqrant Salvan Momika olub.
Qeyd olunub ki, ona mane olmağa çalışan şəxs polis tərəfindən saxlanılıb.
"SVT"nin məlumatına görə, aksiyada 200-ə yaxın insan iştirak edib. Tədbirdə atmosfer gərgin olub. O da qeyd olunub ki, polis aksiyada daha bir neçə nəfəri saxlayıb.
Milli.Az