Dünya

Qara dəniz üzərində Ukraynaya məxsus PUA vurulub

29 Avqust 2023 15:00
Baxış: 871
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qara dəniz üzərində Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) vurulub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazirlik qeyd edib ki, Kiyev Rusiyaya məxsus obyeyktlərə PUA ilə hücuma cəhd edib və hava hücumundan müdafiə (HHM) qüvvələri tərəfindən Qara dəniz üzərində məhv edilib.

Xatırladaq ki, dünən Rusiya MN Kiyev tərəfindən Rusiyaya məxsus obyektlərə zərbə endirmək cəhdi barədə xəbərdarlıq edib və HHM qüvvələri Krım sahillərində Ukraynaya məxsus qanadlı raketi zərərsizləşdirib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.