Dünya

ABŞ Ədliyyə Nazirliyi “SpaceX”i məhkəməyə verib

25 Avqust 2023 00:21
Baxış: 1 288
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Ədliyyə Nazirliyi milyarder İlon Maskın "SpaceX" şirkətini məhkəməyə verib. Səbəb qaçqınların işə götürülməsində ehtimal olunan diskriminasiyadır.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyinin saytı məlumat yayıb.

İddia edilir ki, azı 2018-ci ilin sentyabrından 2022-ci ilin may ayına qədər "SpaceX" mütəmadi olaraq sığınacaq almış şəxsləri işə götürməkdən imtina edib və ya vətəndaşlıq statuslarına görə onları işə götürməkdən və ya nəzərdən keçirməkdən vaz keçib.

Qeyd olunub ki, bu, immiqrasiya və vətəndaşlıq haqqında qanunun pozulmasıdır.

"SpaceX"in vakansiya siyahılarında, federal ixraca nəzarət qanunlarına görə yalnız qrinkart sahiblərinin və ABŞ vətəndaşlarının şirkətdə işləyə biləcəyini yanlış şəkildə qeyd etdiyi iddia edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.