Dünya

“Vaqner”çilərdən Priqojinin ölümünə REAKSİYA: "Qisas çox gecikməyəcək” - FOTO

24 Avqust 2023 16:43
Baxış: 4 222
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Vaqner"in muzdlu döyüşçüləri şirkətin rəhbəri Yevgeni Priqojinin təyyarə qəzasında ölməsinə münasibət bildiriblər.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə "Mojem obyasnit" teleqram kanalı məlumat yayıb. 

Məlumata görə, Priqojinlə əlaqəli teleqram kanallarında yayılan məlumatlarda onların rəhbərlərinin ölümü ilə bağlı qisas almağa hazırlaşdıqları qeyd olunub. Onlar hadisəyə münasibət bildirərək öz sosial şəbəkə hesablarında Priqojinin ölümünə müxtəlif şərhlər bildiriblər. Onlardan biri Priqojinin ölümünü hətta "alçaqcasına törədilmiş qətl" adlandırıb. 

"Ölüm faktı təsdiq olunarsa, qisas çox gecikməyəcək", - deyə digəri qeyd edib. 

"Readovka" isə yazır ki, hərbi birləşmənin Yevgeni Priqojin və onun "sağ əli" Dmitri Utkinin ölümü halında atacağı addımlarla bağlı əvvəlcədən hazırlanmış və təsdiq olunmuş mexanizmi mövcuddur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.