Dünya

Priqojinin “sağ əli” də ölüb: Təyyarəni Rusiyanın HHM sistemləri vurub? - FOTO

23 Avqust 2023 23:15
Baxış: 1 415
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyada "Vaqner" özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin olduğu təyyarə hava hücumundan müdafiə sistemi vasitəsi ilə açılan atəşlə vurulub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Vaqner"ə yaxın "Telegram" kanalları məlumat verir.

Yayılan digər məlumata görə, təyyarə qəzasının şahidləri hadisədən əvvəl partlayış səsi eşitdiklərini vurğulayıblar.

Məlumatda həmçinin qeyd olunur ki, Rusiyanın Tver vilayətində qəzaya uğrayan təyyarənin göyərtəsində Yevgeni Priqojinin "sağ əli" hesab olunan Dmitri Utkin də olub. Onun ölümü ilə qruplaşmanın tamamilə başsız qalacağı vurğulanıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.