Dünya

NATO Zelenskiyə təzyiq edir - Maryanoviç

21 Avqust 2023 11:18
Baxış: 981
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

NATO-nun Baş katibinin ofisinin rəisi Stian Yensenin Ukraynanın ərazi güzəştləri ilə bağlı açıqlaması Prezident Vladimir Zelenskinin sülh danışıqlarına məcbur ediləcəyinə işarə ola bilər.

Milli.Az Axar.az-a istinadən bildirir ki, bu barədə "Advance"nin köşə yazarı D.Maryanoviç deyib.

"Əslində, geosiyasi nöqteyi-nəzərdən baxsanız, Ukraynanı münaqişəyə son qoymağa və əraziləri Rusiyaya verməyə inandırmaq Qərb üçün indi faydalı olardı", - jurnalist bildirib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatına başlamasından iki ay sonra acı həqiqət üzə çıxıb:

"Ukraynalılar Rusiyanın müdafiə xəttini yarıb itirdikləri əraziləri geri ala bilmədilər. İndi Zelenskiyə onun təslim olmasına dair eyham an məsələsidir. Qərb silahlı münaqişəni bu yolla bitirmək istəyir, çünki sadəcə olaraq başqa yol yoxdur".

Qeyd edək ki, Yensen Ukraynanın ərazilərini Rusiyaya vermək müqabilində NATO-ya üzv ola biləcəyini deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.