Dünya

Tayvan: Adanın ətrafında Çinin 45 təyyarəsi və 9 gəmi görünüb

20 Avqust 2023 15:51
Baxış: 805
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tayvanın ətrafında Çinin 45 təyyarəsi və 9 gəmi görünüb.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Tayvanın Müdafiə Nazirliyi "X"də (keçmiş "Twitter") məlumat yayıb.

Məlumata görə, son sutka ərzində Tayvan boğazı zonasında Çin Xalq Azadlıq Ordusunun 45 təyyarəsi və 9 gəmisi qeydə alınıb. Onlardan 27-si Tayvan boğazının median xəttini keçərək adanın hava hücumundan müdafiə sisteminin identifikasiyası zonasına daxil olub.

Silahlı qüvvələrə vəziyyəti izləmək və tələb olunarsa, bu hərəkətlərə cavab vermək tapşırığı verilib.

Qeyd edək ki, bunlar SU-30 qırıcıları, Y-9 nəqliyyat təyyarəsi, Z-9 helikopteri, J-10 və J-11 qırıcıları olub.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.