Dünya

Ukraynada müharibədə ölən uşaqların sayı 500-ü keçib

14 Avqust 2023 19:37
Baxış: 813
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın apardığı müharibə nəticəsində Ukraynada ölən uşaqların sayı 500-ü keçib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun "Telegram" hesabında məlumat verilib.

Bildirilib ki, Rusiyanın Ukraynanın müxtəlif şəhərlərinə etdiyi hücumlar nəticəsində ötən ilin fevralın 24-dən indiyə qədər 502 uşaq həlak olub, 1 097 uşaq yaralanıb.

Baş Prokurorluq əlavə edib ki, bu rəqəm yekun deyil, çünki müvəqqəti işğal altında olan Ukrayna ərazilərində və yeni azad olunmuş ərazilərdəki itkilər barədə məlumat bəlli deyil.

Qeyd olunub ki, avqustun 13-də Xerson vilayətinin Xerson rayonunun Şiroka Balka kəndinə Rusiya qüvvələrinin endirdiyi raket zərbəsi nəticəsində bir aylıq körpə və 11 yaşlı uşaq həlak olub.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.