Dünya

Danimarkadakı Türk səfirliyi qarşısında Qurani-Kərimə hücum olub

12 Avqust 2023 23:50
Baxış: 915
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Kopenhagendəki səfirliyi qarşısında Qurani-Kərimə qarşı hücum təşkil edilib.

Milli.Az-ın TurkicWorld-a istinadən verdiyi məlumatına görə, təxribatı irqçi "Danske Patrioter (Danimarka Patriots)" qrupunun üzvüləri həyata keçirib.

Daha sonra qrup İraqın Kopenhagendəki səfirliyi qarşısında Qurani-Kərimi yandırıb. İslam əleyhinə pankartlar açıb, şüarlar səsləndirən qrup üzvləri sosial media hesablarında bu anları canlı yayımlayıblar.

Məlumat üçün qeyd edək ki, qrupun təxribatları polisin himayəsi altında həyata keçirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.