Dünya

Vardanyan Rusiyadan da, “artsax”dan da imtina etdi

12 Avqust 2023 18:31
Baxış: 2 857
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Forbes"in siyahısında yer alan rusiyalı milyarderlər tərcümeyi-hallarını "yenidən yazırlar".

Milli.Az Axar.az-a istinadən bildirir ki, bu barədə "Moskva Tayms" (The Moscow Times) nəşri məlumat yayıb.

Bildirilib ki, oliqarxlar sərvətlərini xilas etmək və sanksiyalardan yayınmaq üçün Rusiyadan imtina etdiklərini hər vəchlə nümayiş etdirirlər. Bu oliqarxlardan biri də erməni əsilli rusiyalı milyarder Ruben Vardanyandır.

Nəşr vurğulayıb ki, bütün sərvətini Rusiyada qazanan, "Troyka Dialoq" investisiya şirkəti ilə məşhurlaşan Ruben Vardanyan indi özünü yalnız "erməni əsilli maliyyəçi" kimi təqdim edir:

"Ötən ilin sentyabrında sərvəti 1 milyard dollar qiymətləndirilən Vardanyan Rusiya vətəndaşlığından və "artsax"dan imtina edib".

Xatırladaq ki, Vardanyan Rusiyanın layihəsi olaraq Qarabağa göndərilmişdi və Qarabağ separatçılarına "dövlət naziri" də təyin edilmişdi. "Vardanyan planı" işə yaramadı, Azərbaycanın birmənalı mövqeyindən sonra separatçılar özləri onu 112 gündən sonra zərərsizləşdirdilər. Buna baxmayaraq, Ruben Vardanyana Xankəndidə qalaraq, missiyasını "ictimai şəkildə" davam etdirmək tapşırıldı.

Hazırda isə onun sərvəti təhlükə altındadır və varidatı əlindən çıxa bilər. Buna görə də tərcümeyi-halında Rusiya ilə bağlı olan bütün "məqamları" kəsib atır.


Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.