Dünya

Rusiyasız bunun mənası yoxdur - Slutski

8 Avqust 2023 18:10
Baxış: 824
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qərbin antirusiya konsepsiyasını cənub ölkələrinə tətbiq etmək cəhdi uğursuzluqla nəticələnib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski Ciddədə keçirilən Ukrayna sammiti ilə bağlı danışarkən bildirib.

"Ciddədəki görüş əslində nizamlanmaya yanaşmaların inkişaf etdirilməsi baxımından heç bir nəticə vermədi və simvolik olaraq yekun kommünike olmadan başa çatdı", - Slutski vurğulayıb.

O, həmçinin qeyd edib ki, Rusiya danışıqlara dəvət edilməyib:

"Moskvanın vasitəçilik səylərini yüksək qiymətləndirdiyi BRİKS-də olanlar da daxil olmaqla, bir sıra tərəfdaşlarımız da məsləhətləşmələrdə iştirak ediblər. Biz böhrandan diplomatik çıxış yollarının müzakirəsinə açığıq. Vaşinqtonun palataları haqqında bunu demək olmaz. Baxmayaraq ki, mən yenə də bir mühüm nəticəni qeyd edəcəm: Rusiyasız və onun maraqlarını nəzərə almadan belə görüşlərin perspektivi və mənası yoxdur. Ciddə sammit bunu yaxşı göstərdi".

Qeyd edək ki, avqustun 5-6-da Səudiyyə Ərəbistanının Ciddə şəhərində 42 ölkənin milli təhlükəsizlik və xarici siyasət üzrə müşavirlərinin iştirakı ilə Ukraynadakı müharibə ilə bağlı sammit keçirilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.