Dünya

Kişi evlilik təklifindən dərhal sonra boğularaq öldü

6 Avqust 2023 16:31
Baxış: 1 277
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Krasnodar diyarının Timaşevsk şəhərində kişi sərxoş halda çaya düşərək boğulub. Faciə onun sevgilisinə evlənmə təklifindən dərhal sonra baş verib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, məlumata görə, bir neçə cütlük çay sahilində dincəlməyə gedib. Gənclər orada içki içmək qərarına gəliblər. Daha sonra 34 yaşlı kişi sevgilisinə evlilik təklifi edib və qadın məmnuniyyətlə təklifi qəbul edib. Bundan sonra onlar estakadadan çaya baş vurmağa yollanıblar.

Qəfildən kişi boğulmağa başlayıb. Onun dostları həmin şəxsi dərhal sudan çıxarıblar. O, huşunu itirib. Yerli xilasedicilər kişini xəstəxanaya aparmağa cəhd ediblər. Lakin tibb işçiləri onun öldüyünü təsdiqləyiblər.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.