Dünya

Podolyak: “Qara dənizdə Rusiyanın hökmranlığına son qoyuldu”

6 Avqust 2023 15:31
Baxış: 1 259
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mövcud hadisələr Rusiyanın Qara dənizdə hökmranlıq dövrünün başa çatdığını göstərir".

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Ukrayna prezident aparatı rəhbərinin müşaviri Mixail Podolyak danışıb.

"2022-ci ilin aprelində "Moskva" kreyserinin batırılması Rusiyanın Qara dənizdəki mövcudluğunun sona çatmasının başlanğıcını simvolizə etdi. Bugünkü hadisələr tarixin bu fəslinin sonunun məntiqi davamıdır", - Podolyak deyib.

Onun sözlərinə görə, Ukrayna limanlarının blokadasını həyata keçirə bilməyən Rusiya klassik raket terroru nümayiş etdirməklə öz zəifliyini gizlətməyə çalışır.

"Bugünkü hadisələr bizə bir şeyi deyir: Rusiyanın Qara dənizdə hökmranlığı dövrü başa çatıb. Son nöqtə deyil, proses gedir və bu fəsil hələ bir müddət yazılacaq. Lakin onun yekununun necə olacağı artıq hər kəsə aydındır", - deyə aparat rəhbərinin müşaviri qeyd edib.

Xatırladaq ki, dünən Krasnodar diyarının Novorossiysk körfəzində pilotsuz katerlər Rusiyanın iri desant gəmisinə hücum edib. Bundan əlavə, həmin gecə Kerç boğazında Rusiyaya məxsus SIG neft tankerinə də hücum olub. Xüsusi əməliyyatı Ukrayna Hərbi Dəniz Qüvvələri həyata keçirib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.