Dünya

Polşa bu halda Belarusa qarşı silaha əl atacaq - General

4 Avqust 2023 12:19
Baxış: 762
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Polşanın döyüş helikopterlərinin pilotları Belarusla sərhəddə fövqəladə hallar zamanı tərəddüd etmədən silahlarından istifadə etməyə hazırdırlar.

Milli.Az Axar.az-a istinadən bildirir ki, bu sözləri Polşa ordusunun generalı Marek Sokolovski deyib.

Sokolovski bildirib ki, müdafiə naziri Mariuş Blaşçakın əmrinə əsasən, helikopterlər sərhəddə fövqəladə hallar zamanı dərhal reaksiya vermək üçün iki yerdə yerləşdiriləcək.

Qeyd edək ki, Polşa bir neçə gün öncə Belarus helikopterlərinin hava məkanını pozduğunu iddia edib. Ötən gün isə Polşa Belarusla sərhədə döyüş helikopterləri göndərib.
 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.