Dünya

İranlı nümayişkaranə formada Quranı yandırdı

4 Avqust 2023 08:27
Baxış: 2 648
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran əsilli 47 yaşlı Marian Bayram İsveçdə Malaren gölünün sahilində manqalda Quranı yandırıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, Quranın yandırılması aksiyası polisin mühafizəsi altında keçirilib. Bayram aksiya zamanı bütün dinlərin məhv edilməsinin vacibliyini bəyan edib.

Bundan əvvəl İranın Rusiyadakı səfiri Kazem Cəlali mətbuat konfransı zamanı deyib ki, İsveç və Danimarkada Quranın yandırılması Qərb dövlətləri tərəfindən biabırlıq və ikili standartların təzahürüdür.

Qeyd edək ki, iyulun 31-də Stokholmda parlament binası yaxınlığında polisin icazəsi ilə Quran yandırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.