Dünya

Rusiyada uşaq düşərgəsində 69 nəfər zəhərləndi

30 İyul 2023 18:58
Baxış: 682
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Altay Respublikasında yerləşən "Dağ qartalı" uşaq düşərgəsində 69 nəfər qidadan zəhərlənib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə regionun Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, 7-17 yaşlı şəxslərdə bağırsaq infeksiyasının əlamətləri qeydə alınıb.

Düşərgədə ümumilikdə 354 uşaq dincəlib.

Zəhərlənən uşaqlara tibbi yardım göstərilib, onlar xəstəxananın infeksion şöbələrinə yerləşdiriliblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.