Dünya

Rusiyada 6 ayda 10,7 min insan cinayətlərin qurbanı olub

23 İyul 2023 23:51
Baxış: 990
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cari ilin altı ayında Rusiyada 10,5 mindən çox insan cinayətin qurbanı olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2% azdır.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin idarənin rəsmi saytında dərc edilmiş statistik məlumatında deyilir.

2023-cü ilin yanvar-iyun ayları ərzində ümumilikdə 983,7 min cinayət qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,0% azdır.

"Rusiya Federasiyasının 34 subyektində qeydə alınmış cinayətlərin sayının artımı, 51 subyektində azalma qeyd edilib", - materiallarda deyilir.

DİN-dən bildiriblər ki, hər beş cinayətdən dördü (82,7%) şəhər və şəhər tipli qəsəbələrdə qeydə alınıb - 813,1 min.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.