Dünya

ABŞ-də atışma zamanı hamilə qadın ölüb, xəsarət alanlar var

23 İyul 2023 12:46
Baxış: 457
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Texas ştatının Hyuston şəhərində şənlik mərasimində atışma nəticəsində bir nəfər ölüb, daha dörd nəfər yaralanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.

Məlumata görə, atışma ad günü şənliyində münaqişə zəminində baş verib. Mərhum doğum günü keçirilən qadındır. O, 5 ay imiş hamiləymiş.

Hakimiyyət orqanları iki şübhəli şəxs də daxil olmaqla üç nəfərin xəstəxanaya aparıldığını bildiriblər. Digər zərərçəkmiş isə xəstəxanaya müraciət etməyib.

Müstəntiqlər digər şübhəlilərin aşkarlanması üzərində işləyirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.