Dünya

Bu ölkədə rekord istilərlə bağlı xəbərdarlıq edildi

23 İyul 2023 23:00
Baxış: 1 096
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əlcəzairdə sahilyanı ərazilər də daxil olmaqla, bütün ölkə ərazisində kölgədə temperaturun 48 dərəcəyə çatacağ elan edilib.

Milli.Az APA-ya istinadən bildirir ki, bölgədə narıncı xəbərdarlıq elan edilib.

Əlcəzair Meteorologiya Baş İdarəsindən verilən yazılı açıqlamada, Cicil (Jijel), Bicaya (Bejaia), Bumerdas və Şelef (Chelef) kimi sahil əyalətlərində kölgədə 48 dərəcə isti qeydə alınıb.

Bu cür havanın sabahadək davam edəcəyi bildirilib.

Əlcəzairdə təxminən bir aydır ki, paytaxtda 48 dərəcəyə, qalan bölgələrdə isə 50 dərəcəyə çatan rekord istihava dalğası müşahidə olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.