Dünya

"Avropalılar Qurana qarşı edilmiş barbarlığa susmamalıdırlar"

22 İyul 2023 20:18
Baxış: 734
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropalılar Qurana qarşı edilmiş barbarlığa susmamalıdırlar.

Milli.Az TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş deyib.

TBMM sədri Numan Kurtulmuş Danimarkada Qurani-Kərimə edilən hücumu pisləyib.

"Hər hansı bir dinin və ya inancın müqəddəsini təhqir edən şəxs insanlığa qarşı bir cinayət işləmiş sayılır. Bu cinayətə şərik olanlar, bu cinayəti izləyənlər və Avropaya qarşı yeni düşmənçiliyin yüksəlişini seyr edənlər əslində özlərinin sonunu hazırlayır", - deyə o bildirib.

Numan Kurtulmuş qeyd edib ki, Avropa xalqları Avropadakı İslamofobiyaya qarşı birləşməli və bu barbarlığa qarşı səslərini ucaltmalıdırlar.

Məlumat üçün qeyd edək ki, Danimarkada İslam əleyhdarı və ifrat millətçi olan "Danske Patrioter (Danimarka Patriotları)" adlı marjinal qruplaşma üzvləri dünən İraqın Kopenhagendəki səfirliyi qarşısında Qurani-Kərimi yandırıblar.

İslam əleyhinə pankart açan və İslamı təhqir edən şüarlar səsləndirən qruplaşma üzvləri İraq bayrağını və Quranı yerə ataraq onun üzərinə çıxıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.