Moskva şəhər məhkəməsi Donetsk seprataçılarının keçmiş rəhbəri İqor Strelkovu həbs edib.
Milli.Az APA-ya istinadən bildirir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsi Strelkov barəsində Cinayət Məcəlləsinin ekstrimizmə çağırış maddəsi ilə cinayət işi açıb, məhkəmədən onun barəsində həbs-qətimkan tədbirinin seçilməsini istəyib.
Məhkəmə istintaq orqanının xahişini qəbuı edib və Strelkov barəsində iki aylıq, sentyabrın 18-dək həbs-qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edib.
Qeyd edək ki, Strelkov Rusiya Prezidenti Vladimir Putini və Silahlı Qüvvələr rəhbərliyini Ukraynadakı hərbi əməliyyatların uğursuz aparılması ilə bağlı sərt tənqid edib.
Milli.Az