Dünya

Rusiyada nazirlik əməkdaşlarına “iPhone”lardan istifadə qadağan olundu

17 İyul 2023 17:42
Baxış: 681
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Maliyyə və Energetika Nazirliyi "iPhone" və digər "Apple" cihazlarının iş məqsədləri üçün istifadəsini qadağan etmək qərarına gəlib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, ölkənin Sənaye və Ticarət Nazirliyində də analoji qadağa bazar ertəsindən qüvvəyə minəcək.

Bildirilir ki, Rəqəmsal İnkişaf Nazirliyi və "Rostex" dövlət korporasiyası da bu nümunəni tətbiq etməyə hazırlaşır və ya artıq tətbiq edib.

İddiaya görə, hazırda rusiyalı məmurlar qadağa ilə əlaqədar üzərilərində başqa telefon gəzdirməli olduqlarından şikayətlənirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.