Dünya

Putin taxıl dəhlizinin uzadılmasına razılıq verdi

14 İyul 2023 19:26
Baxış: 999
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiya prezidenti Vladimir Putin Qara dəniz taxıl dəhlizinin sazişinin müddətinin uzadılmasına razılıq verib.

Milli.Az TurkicWorld-a istinadla xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlaması zamanı bildirib.

"Avqust ayında cənab Putini Türkiyədə qonaq etməyə hazırlaşırıq. Biz Qara dəniz taxıl dəhlizinin uzadılmasına razıyıq. Birləşmiş Millətlər Təşkilatından cənab Quterreş də Putinə məktub göndərib. Biz və Rusiyanın birgə səyləri ilə taxıl dəhlizi işinin uzadılmasını təmin edirik. Beləliklə, inkişafdan qalan Afrika ölkələrinin problemlərini cənab Putinlə sürətli şəkildə həll etməyi davam etdirəcəyik",- deyə Ərdoğan qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.