Dünya

Şagirdlərini zəhərləyən müəllim EDAM EDİLDİ

14 İyul 2023 19:19
Baxış: 1 208
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çinin Henan əyalətində xalq məhkəməsinin qərarı ilə işlədiyi məktəbdəki şagirdlərin yeməyinə kimyəvi maddə qataraq bir nəfərin ölümünə səbəb olan, 25 nəfəri zəhərləyən Vanq Yun edam edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Yun başqa bir müəllimlə yaşadığı problem səbəbindən bunu törətdiyini iddia edib. Belə ki, 40 yaşlı Van 2019-cu il martın 27-də Sun soyadlı həmkarı ilə "şagirdlərin idarə edilməsi" məsələsi ətrafında mübahisə edib. Bundan sonra o, uşaqların sıyığına zəhərli natrium nitrit qatıb. Nəticədə uşaqlardan biri orqan çatışmazlığı səbəbindən həyatını itirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.